DÜNYA


Jan-Klod Yunker Angela Merkelin Aİ-də rəsmi vəzifə tutmasını arzuolunan hal kimi dəyərləndirib

Vyana, 20 aprel, AZƏRTAC

Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker Almaniyanın kansleri Angela Merkelin səlahiyyət müddətini başa çatdırdıqdan sonra Avropa İttifaqı səviyyəsində vəzifə tutmasını arzuolunan hal kimi dəyərləndirib.

AZƏRTAC xəbər verir ki, Yunker alman siyasətçinin yüksək səriştəyə malik şəxs kimi Aİ-də mühüm vəzifələrdən birini tutmasını mümkün hesab edib. O bildirib ki, yüksək rəğbətlə qarşılanan siyasətçinin kansler vəzifəsindən getdikdən sonra siyasi səhnədən yox olmasını təsəvvür edə bilmir. Lakin Almaniyada seçki dövrü hələ 2021-ci ildə başa çatacağına görə, bu barədə konkret fikirlər söyləmək hələ tezdir.

A.Merkelin kansler kimi səlahiyyətləri başa çatdıqdan sonra Brüsseldə vəzifə tutacağı barədə tez-tez spekulativ xəbərlər yayılır. Lakin kansler dəfələrlə bəyan edib ki, kansler dövrünü başa vurduqdan sonra heç bir siyasi vəzifəyə iddia etməyəcəkdir.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.