RƏSMİ SƏNƏDLƏR


Kambocanın Kralı Norodom Sihamonidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaq istəyirəm.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına tərəqqi və rifah arzulayır, ölkələrimiz arasında mövcud olan sıx dostluq əlaqələrinin qarşıdakı illərdə daha da möhkəmlənəcəyinə əminliyimi bildirirəm.

Ən yüksək ehtiramla,

Norodom Sihamoni

Kambocanın Kralı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin