MƏDƏNİYYƏT


Krımda nəşr olunan “Nenkecan” jurnalının builki son sayı AXC-nin 100 illiyinə həsr edilib

Bakı, 19 dekabr, AZƏRTAC

Krımda nəşr olunan “Nenkecan” qadın jurnalının 2018-ci ildəki son sayı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan ilə Krımın əsrlərə söykənən tarixi və əlaqələri vardır. XIX əsrin ikinci yarısında isə hər iki xalqın ulu mütəfəkkirləri, nasir və filosofları, türk dünyasının tarixinə öz adlarını qızıl hərflərlə yazan Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov və İsmayıl Qaspralının əməl və fikir birliyi istiqamətindəki əlaqələri 105 il əvvəl adı “Alemi-Nisvan” olan jurnal Şəfiqə Sultan Qaspralı və Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş naziri Nəsib bəy Yusifbəylinin ideyası ilə işıq üzü görmüşdü. Jurnalın baş redaktoru da elə Şəfiqə xanım Qaspralı idi.

Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında azərbaycanlılar ilə eyni sırada Krım tatarı Cahangir bəy Kazımbəy, Cəfər bəy Rustambəyov və onların xanımları da var idi. 1924-cü ildə Səməd Ağamalı oğlunun dəvəti ilə Bəkir Çobanzadə və digər Krım tatar gəncləri Azərbaycana təhsil almağa gəldilər.

O gənclər necə oldu, başlarına hansı hadisələr gəldi, tarixin hansı tufan və burulğanlarına düşdülər, Bakıda kimlər qaldı?! Azərbaycan onlara Vətən oldu. Bütün bunlar, eləcə də bu gün Azərbaycanda yaşayan Krım tatarlarının sonrakı taleləri, Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadənin danışdıqları, Milli Məclisin deputatı Cavanşir Feyziyevin “Krımdan gələn səda: Dildə, fikirdə, əməldə birlik” jurnalının baş redaktoru Zera Bəkirovanın Məmməd Aslan haqqında xatirələri, eləcə də Azərbaycan elminə bu gün də öz əsərləri ilə işıq tutan alimlərimizin həyat hekayələri yer alıb.

Təsadüfi deyil ki, jurnalın baş redaktoru Zera Bəkirova öz məqaləsində qeyd edir: “Bizim Azərbaycan Xalq Cümhuriyyətinə, bu qonaqpərvər xalqa böyük təşəkkür borcumuz var. Lakin Krım tatarları da bu ölkənin qarşısında borclu qalmadılar - Azərbaycanın elmində, sənətində, musiqisində, kənd təsərrüfatında, iqtisadiyyatında və digər sahələrində fəaliyyət göstərərək, müstəqilliyin yenidən qazanılmasında canlarını əsirgəmədilər”.

Yaxın günlərdə “Nenkecan” jurnalının Azərbaycanın Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş nömrəsinin Bakıda təqdimatı keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.