İDMAN


“Liverpul” futbol klubu yay transfer pəncərəsi dövründə çoxlu oyunçu almaq niyyətində deyil

Bakı, 12 iyul, AZƏRTAC

İngiltərənin “Liverpul” futbol klubunun baş məşqçisi Yurgen Klopp bildirib ki, onun klubu bu yayda transfer bazarında ciddi fəallıq göstərməyəcək. “Qazeta.ru” nəşri alman mütəxəssisin bu sözlərini Britaniyanın “Sky Sports” telekanalına istinadla sitat gətirir.

İngiltərədə transfer pəncərəsi avqustun 8-də, yəni İngiltərə Premyer-Liqasının yeni mövsümünün başlanmasından bir gün əvvəl bağlanacaq.

Yurgen Klopp deyib: “Keçən mövsümdə Rayan Brüster və ALeks Oksleyd-Çemberlen oynamayıblar. Buna görə onları da gənclərdən ibarət heyətin bütün futbolçuları kimi, bizim komanda üçün yeni oyunçular hesab etmək olar. Nə etmək lazım olduğuna baxarıq, amma mən budəfəki transfer pəncərəsi “Liverpul” üçün tarixdə ən genişmiqyaslı transfer pəncərəsi olacağını güman etmirəm”.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, budəfəki yay transfer pəncərəsi dövründə “Liverpul” üçün hələlik yeganə yeni oyunçu Hollandiyanın “Zvolle” komandasından keçmiş 17 yaşlı müdafiəçi Sepp van den Berq olub. “Transfermarkt” portalının məlumatına görə, müvafiq kontraktın məbləği 1,9 milyon avrodur.

2018-2019-cu illər mövsümündə “Liverpul” Çempionlar Liqasının qalibi olub və İngiltərə çempionatında 97 xal toplayaraq ikinci yeri tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.