DÜNYA


Londonun müxtəlif ərazilərində üç nəfər bıçaqlanaraq öldürülüb

London, 17 iyun, AZƏRTAC

Londonun müxtəlif ərazilərində üç bıçaqlanma hadisəsi baş verib. Bıçaqlanan hər üç şəxs ölüb.

AZƏRTAC xəbər verir ki, bıçaqlanma hadisəsindən biri Londonun cənubunda yerləşən Tusinq bölgəsində baş verib. Digər bıçaqlanma isə paytaxtın cənub şərqində yerləşən Plumsteddə olub. Üçüncü belə cinayət faktı isə Tover Hamletsdə qeydə alınıb. Hər üç hadisə nəticəsində bıçaqlanan şəxslərin həyatlarını xilas etmək mümkün olmayıb.

Faktlarla bağlı araşdırma aparılır. Şübhəli şəxslərin saxlanıldığı bildirilir.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.