CƏMİYYƏT


Marneulidə məktəblilərin bilik yarışması keçirilib

Tbilisi, 15 iyun, AZƏRTAC

Gürcüstanın Marneuli rayonunda fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) Marneuli, Qardabani, Bolnisi rayonlarının və Tbilisi şəhərlərini 9-11-ci sinif şagirdləri arasında Nəriman Nərimanov adına bilik yarışı keçirilib.

AZƏRTAC xəbər verir ki, yarışda 9 komanda iştirak edib.

GAİM-in icraçı direktoru Aygül İsayeva tədbiri açaraq deyib ki, Nəriman Nərimanov adına bilik yarışı Gürcüstanda ilk dəfə keçirilir. GAİM-in təşkil etdiyi yarışmanın əsas məqsədi məktəblilərin bilik səviyyəsini, dünya görüşünü artırmaqdır. Yarışmaya qatılan komandalar öz biliklərini nümayiş etdirməklə yanaşı, yeni biliklər də əldə edəcəklər.

Yarışmada birinci yeri “Günəş”, ikinci yeri “Teen Wolves”, üçüncü yeri isə “Zəka” komandası tutub.

Qalib komandalar sertifikat və kuboklarla təltif olunub. Bununla yanaşı, birinci yerə çıxan komandanın üzvləri GAİM-in sentyabr ayında təşkil edəcəyi kursların birində imtahansız iştirak hüququ qazanıblar.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, ziyalılar, yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.