REGİONLAR


Meksikanın məşhur piano ifaçısı Hesus Lepe Gəncədə konsert verəcək

Gəncə, 12 iyun, Rauf Hacıyev, AZƏRTAC

Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Gəncə şəhərinə səfər edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfir əsas məqsədin ikitərəfli əməkdaşlığın genişləndirilməsi olduğunu deyib.

Səfirlə görüşən şəhər rəhbərliyi qonağa Gəncə şəhərinin sosial-iqtisadi və mədəni potensialı haqqında məlumat verib. Görüşdə hər iki tərəf üçün əməkdaşlığın mümkün imkanları müzakirə edilib.

Rodriqo Labardini Meksikanın Toluka-de-Lerdo şəhəri ilə Gəncə arasında “qardaş şəhər” münasibətlərinin qurula biləcəyini söyləyib.

Səfir bildirib ki, qardaşlıq üçün bu şəhərin seçilməsinin əsas səbəbi Gəncə ilə Toluka-de-Lerdonun bir-birinə bənzəməsidir. Belə ki, hər iki şəhər yüksək sənaye potensialına malikdir.

Görüşdə mədəni əlaqələrin genişləndirilməsi istiqamətində reallaşdırılması mümkün layihələr də müzakirə olunub. Rodriqo Labardini Meksikanın Azərbaycandakı səfirliyi tərəfindən Gəncədə sərgi və konsertlərin təşkilinin mümkünlüyündən danışıb.

Sonda Gəncədə Meksikanın məşhur piano ifaçısı Hesus Lepenin konsert proqramının, habelə meksikalı rəssam və fotoqrafların əl işlərinin nümayiş olunduğu sərginin keçirilməsi üçün razılığa gəlinib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.