SİYASƏT


Melburnda yaşayan Azərbaycan və türk icmalarının birgə fəaliyyəti istiqamətində fikir mübadiləsi aparılıb

Melburn, 28 may, AZƏRTAC

Viktoriya-Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbərliyi Viktoriya ştatı parlamentinin türk əsilli deputatı xanım Nazlı Süleyman ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Viktoriya-Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Ofelya Hirtin, üzvləri Nicat Hacıyevin və Nigar Elqartın iştirak etdikləri görüşdə Melburnda yaşayan Azərbaycan və türk icmalarının birgə fəaliyyəti istiqamətində fikir mübadiləsi aparılıb.

Avstraliyada yaşayan Azərbaycan icmasını 28 May - Respublika Günü münasibətilə təbrik edən Nazlı Süleyman türk və Azərbaycan icmalarının əlbir fəaliyyətinin həm Azərbaycanın, həm də Türkiyənin Avstraliyada təbliği istiqamətində mühüm nəticələr verəcəyini bildirib.

Viktoriya ştatında yaşayan Azərbaycan icmasının ictimai-siyasi fəallığını qeyd edən Nazlı Süleyman bildirib ki, Azərbaycan diasporu tərəfindən təşkil olunan tədbirlər öz yüksək səviyyəsi ilə diqqəti cəlb edir və o, böyük məmnuniyyətlə həmin tədbirlərə qatılır. Bu tədbirlər Viktoriya ştatı ilə Azərbaycan arasında əlaqələrin inkişafına yaxşı təsir göstərir və mühüm körpü rolunu oynayır.

Görüşdə Viktoriya parlamentində ikitərəfli dostluq qrupunun yaradılması barədə fikir mübadiləsi də aparılıb. Qeyd edilib ki, bu günlərdə Viktoriya ştatının digər deputatı Devid Sautvik ilə görüş zamanı da həmin məsələnin vacibliyi vurğulanıb. Viktoriya ştatının kölgə naziri olan D.Sautvik bu məsələ ilə bağlı dəstək göstərməyə hazır olduğunu bildirib. Qeyd edilib ki, həmin qrup Azərbaycan ilə Avstraliya arasında əməkdaşlığın inkişafına mühüm təsir göstərə bilər.

Görüşdə, həmçinin birgə layihələrin, o cümlədən bədii sərgilərin təşkili barədə təklif irəli sürülüb. Azərbaycan və Türkiyənin zəngin mədəniyyətini əks etdirən bu cür tədbirlərin bütün tərəflər üçün faydalı olacağı vurğulanıb. Bununla yanaşı, Avstraliyanın ticarət nümayəndələrindən ibarət növbəti qrupun Azərbaycana səfərinin təşkili barədə fikir mübadiləsi aparılıb.

Xanım Nazlı Süleyman görüşdə qaldırılan təkliflərin həyata keçirilməsi üçün lazım olan köməyi göstərməyə hazır olduğunu bildirib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Melburn

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.