ELM VƏ TƏHSİL


NASA astronavtları Aya Falcon Heavy raketləri ilə göndərəcək

Bakı, 4 aprel, AZƏRTAC

NASA astronavtları Aya göndərəcək Orion missiyasını Falcon Heavy raketləri ilə həyata keçirməyi nəzərdə tutur. AZƏRTAC “ARSTechnica” saytına istinadla xəbər verir ki, bununla bağlı kosmik agentlikdə geniş müzakirələr aparılıb.

NASA-nın rəhbəri Cim Braydenstayn bildirib ki, Falcon Heavy raketləri və ICPS (Interim Cryogenic Propulsion Stage) raket nərdivanları 2022-ci ildə astronavtları Aya endirmək üçün ən yaxşı vasitələrdir. Onun sözlərinə görə, bunun üçün Orion kosmik gəmisinin Marsa və Aya uçacaq qədər yanacaqla təmin olunması problemi həll edilməlidir. NASA-nın rəhbəri əlavə edib ki, texniki detalların həlli qarşıdakı 3 ildə ən başlıca vəzifələr olacaq.

NASA-nın rəhbəri Cim Braydenstayn mart ayında keçirilən görüşdə ABŞ-ın vitse-prezidenti Mayk Pensi əmin edib ki, missiyanın ilk sınaq uçuşu 2020-ci ildə həyata keçiriləcək, 2022-ci ildə isə Aya pilotlu kosmik gəmi göndərmək mümkündür. O qeyd edib ki, Falcon Heavy raketi maksimal konfiqurasiyada Yerətrafı orbitə 64 ton yük çatdıra bilər.

Amerikanın Lockheed Martin şirkətinin 2014-cü ilin dekabrında hazırladığı Orion kosmik gəmisi ilk uçuşunu həyata keçirib. Raketdaşıyıcının kosmosa ilk uçuşu isə 2020-ci ildə həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.