DÜNYA


Nil Armstronqun Ayın səthinə enmə təlimatı hərraca çıxarılıb

Bakı, 2 may, AZƏRTAC

ABŞ-ın Aya pilotlu missiyasının uğurla başa çatmasından 50 il ötür. Bu əlamətdar hadisə münasibətilə “Apollon-11” kosmik gəmisinin göyərtə jurnalı və Yerin süni peykinin səthinə enmək barədə yazılı təlimat hərraca çıxarılacaq.

AZƏRTAC hərracın təşkilatçısı “Christie's” Hərrac Evinin saytına istinadla xəbər verir ki, bu tədbir Amerika astronavtları Nil Armstronq və Bazza Oldrinin Ayın səthinə enməsinin 50 illiyi münasibətilə tematik şəkildə “Nəhəng sıçrayış: “Apollon-11-in 50 yaşının qeyd olunması” adlandırılıb.

Hərrac iyulun 18-də Nyu-Yorkda keçiriləcək. Əsas lotun elan ediləcəyi göyərtə jurnalında kosmik gəminin Aya uçmasının və onun səthinə enməsinin bütün mərhələləri əks olunub. Hərrac Evinin bəyanatında bildirilir ki, həmin lot “bütün zamanların ən böyük macərası sayılan insanın Ayın səthinə enməsini göstərən unikal sübutdur”. Əlavə olunub ki, lota sahib olacaq şəxs ekipaj üzvlərinin yazdıqları qeydləri də nəzərdə keçirə biləcək. Bu, xəyalən həmin ana qayıtmağa imkan verəcək.

Göyərtə jurnalının hərracda yetərincə böyük məbləğə - 7-9 milyon dollara təklif olunacağı gözlənilir. Lotu satışa “Apollon-11” kosmik gəmisinin pilotu missiyasını yerinə yetirmiş Bazza Oldrinin jurnalını əldə etmiş fərdi kolleksiyaçı çıxarıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.