MƏDƏNİYYƏT


Niyazinin mənzil-muzeyində növbəti tədbir Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilib

Bakı, 30 may, AZƏRTAC

Mayın 30-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində növbəti tədbir 1 iyun- Beynəlxalq Uşaqlar Gününə həsr olunub.

Muzeydən AZƏRTAC-a bildirilib ki, Rafiq Babayev adına 25 nömrəli onbirillik musiqi məktəbi ilə birgə reallaşan tədbir çərçivəsində məktəbin şagirdləri tərəfindən maraqlı konsert proqramı təqdim olunub.

Əvvəlcə şagirdlərə muzey haqqında ətraflı məlumat verilib. Maestronun həyat və yaradıcılığı ilə yaxından tanış olan məktəblilərdə bu məkanla tanışlıq da xoş təəssürat yaranıb.

Tədbir gənc istedadların ifasında Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərlərindən ibarət rəngarəng musiqi proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.