SİYASƏT


Norka Nikolai: AXC-nin 100 illiyinin Avropa Parlamentində qeyd edilməsi ikitərəfli əlaqələrin yüksək səviyyəsinin təcəssümüdür

Strasburq, 17 dekabr, AZƏRTAC

Azərbaycanı çox yaxşı tanıyıram və gənc, müstəqil ölkədir. Azərbaycan tarixində çətin anlar olub, ancaq ölkə bu çətinliklərdən asanlıqla çıxıb.

Bu fikirləri Strasburqda Avropa Parlamentində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyinə həsr edilmiş tədbirdə qurumun ölkəmiz üzrə məruzəçisi və Rumıniyadan olan üzvü Norka Nikolai AZƏRTAC-a müsahibəsində söyləyib.

Azərbaycan-Rumıniya münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edən rumıniyalı deputat tədbirin Avropa Parlamentində keçirilməsinin böyük əhəmiyyət daşıdığını vurğulayıb. “AXC-nin 100 illiyinin Strasburqda Avropa Parlamentində qeyd edilməsi ikitərəfli əlaqələrin yüksək səviyyəsinin təcəssümüdür. Bu tədbirdə nümayiş olunan sənədli film ölkənizin son bir əsrdəki dövlətçilik tarixi, keçdiyi çətin yol, müasir nailiyyətləri haqqında ətraflı məlumat verdi. Azərbaycan rəhbərliyini, xalqını 100 illik bayram münasibəti ilə təbrik edirəm. Müstəqilliyiniz əbədi olsun”, - deyə N.Nikolai bildirib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.