ELM VƏ TƏHSİL


Olqa Radova: Beynəlxalq Simpozium tarixi mədəni irsin yenidən tədqiqi üçün geniş imkanlar açır

Bakı, 11 iyul, AZƏRTAC

Qafqazda İslam sivilizasiyasının araşdırılmasına həsr edilmiş Beynəlxalq Simpozium tarixi mədəni irsin yenidən və hərtərəfli tədqiqi üçün geniş imkanlar açır.

Bu fikri AZƏRTAC-a müsahibəsində Moldova Elmlər Akademiyasının Tarix, Dövlət və Hüquq İnstitutunun elmi işçisi Olqa Radova söyləyib.

Beynəlxalq Simpoziuma “Qaqauz və Göyoğuz türkləri ilə Qafqaz türkləri arasında folklor əlaqələri” mövzusunda məqalə təqdim etdiyini deyən Olqa Radova diqqətə çatdırıb ki, qaqauzların etnik tarixi, mədəniyyəti, yaşayış yerləri, demoqrafiyası, folkloru, etnogeni ilə bağlı məsələləri araşdırıb və hazırda bu sahədə tədqiqatlarını davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.