İDMAN


On altı yaşadək həndbolçularımız Avropa Gənclər Olimpiya Festivalına hazırlığı davam etdirirlər

Bakı, 20 iyun, AZƏRTAC

Azərbaycanın 16 yaşadək həndbolçulardan ibarət milli komandası Avropa Gənclər Olimpiya Festivalına hazırlığı fasiləsiz davam etdirir.

AZƏRTAC Azərbaycan Həndbol Federasiyasının saytına istinadla xəbər verir ki, ölkəmiz festivalda bu idman növü üzrə həm oğlanların, həm də qızların yarışlarında təmsil olunacaq. Hər iki komandamız festivalda qarşıya uğurla çıxış etmək məqsədini qoyub. Hazırlıq proqramına uyğun olaraq, ölkəmizdə və xaricdə təlim-məşq toplanışlarına, həmçinin müxtəlif turnirlərə qatılan həndbolçularımız festival başlayanadək funksional və taktiki hazırlığı davam etdirəcəklər. Bu məqsədlə iyulun 1-7-dək Rusiyanın Tolyatti şəhərində keçirilən beynəlxalq turnirdə gücünü sınayan oğlanlardan ibarət U-16 komandamız yerli komandalarla yoxlama oyunlarında iştirak etmək üçün iyunun 21-dən 24-dək Tbilisidə olacaq.

Xatırladaq ki, həndbol üzrə oğlanlardan ibarət seçmə komandamız Avropa Gənclər Olimpiya Festivalında Almaniya, Danimarka və Serbiya milliləri ilə eyni qrupda yarışacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.