DÜNYA


On dörd Olimpiadada iştirak etmiş yaponiyalı azarkeş vəfat edib

Tokio, 19 mart, AZƏRTAC

1964-cü ildən etibarən keçirilən bütün Yay Olimpiya Oyunlarını izləyən yaponiyalı azarkeş vəfat edib.

AZƏRTAC xəbər verir ki, bu barədə martın 19-da “Mainichi Shimbun” qəzeti məlumat yayıb.

Bildirilir ki, polad burazlar istehsal edən şirkətin 92 yaşlı rəhbəri Naotoşi Yamada son 14 Olimpiadanın hamısında tamaşaçı kimi iştirak edib. Onun hətta Əfqanıstan hadisələrinə görə Yaponiyanın boykot etdiyi 1980-ci ildə keçirilmiş Moskva Olimpiadasını da izlədiyi bildirilir. Olimpiya hərəkatına bağlılığına və milli komandaya sadiqliyinə görə N.Yamada “Olimpiya əmisi” adını alıb və dünyada ən məşhur azarkeşə çevrilib.

1964-cü il Olimpiya Oyunları zamanı N.Yamadanın əynindəki Yaponiya yığmasına məxsus gödəkcə, əlində qızılı rəngli silindr onun vizit kartına çevrilib. Onun izlədiyi bütün oyunlarda N.Yamada yarışları məhz həmin geyimdə olub.

Qəzet təəssüf hissi ilə bildirir ki, N.Yamada əsas arzusuna - “2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarına baxmağa” nail ola bilməyib.

“Olimpiya əmisi”nin dəfn mərasimi ailə üzvlərinin iştirakı ilə keçirilib. Məşhur azarkeşlə vida mərasiminin aprelin 16-da Tokioda baş tutacağı bildirilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.