SİYASƏT


Özbəkistan portalı Ermənistan ordusunun cəbhə xəttindəki son təxribatları barədə yazır

Daşkənd, 15 iyun, АZƏRTAC

Özbəkistanın tnews.uz portalı Ermənistan ordusunun cəbhə xəttindəki son təxribatları haqqında məlumat yayıb.

Məlumatda Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Elşən Xəlilovun ermənilər tərəfindən qətlə yetirildiyi bildirilir. Qeyd edilir ki, bu qanlı hadisə ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ərəfəsində törədilib və bu da regionda gərginliyin daha da artmasına xidmət edir.

Məqalədə qeyd edilir ki, bundan əvvəl erməni qəsbkarları mayor Aqil Omarovu da qətlə yetiriblər.

Vurğulanır ki, bütün bunlarla Nikol Paşinyan və komandası sülh prosesinə zərbə vurur.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.