MƏDƏNİYYƏT


Özbəkistan portalı Şəki Xan Sarayının UNESKO-nun siyahısına daxil edilməsi ilə bağlı material hazırlayıb

Daşkənd, 12 iyul, AZƏRTAC

Özbəkistanın qalampir.uz portalı Bakıda keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı material hazırlayıb.

AZƏRTAC xəbər verir ki, məqalədə XVIII əsrə aid olan Şəki Xan Sarayı ilə bağlı geniş məlumat yer alıb. Bildirilir ki, saray 1848-1851, 1955-1965 və 2002-ci ildə restavrasiya olunub.

Materialda qeyd edilir ki, Xan Sarayının gözəlliyinə və təkrarsız memarlıq üslubuna baxmaq üçün hər gün bura yüzlərlə turist gəlir.

Məqalədə Şəki Xan Sarayına aid çoxlu fotoşəkil də yerləşdirilib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbir

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.