ELM VƏ TƏHSİL


Pedaqoji mühazirələr keçirilib

Bakı, 25 iyun, AZƏRTAC

İyunun 25-də Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə “Müasir dövrdə ümumi təhsilin aktual problemləri” mövzusunda pedaqoji mühazirələr keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, nazir müavini Məhəbbət Vəliyeva pedaqoji mühazirələrin bir neçəsini dinləyib, bu mühazirələrlə çıxış edən müəllimlərə öz tövsiyələrini verib. Nazir müavini pedaqoji mühazirələrin əhəmiyyətinə toxunaraq müəllimlərin iş təcrübələrini bir-biri ilə bölüşməsinin faydalı olacağını vurğulayıb.

M.Vəliyeva bildirib ki, pedaqoji mühazirələr iki mərhələdə - rayon (şəhər) və ölkə mərhələləri üzrə təşkil olunub. Pedaqoji mühazirələrin rayon (şəhər) mərhələsində 3 min 642 mühazirə dinlənilib. Onlardan 182-si seçilərək ölkə mərhələsinə təqdim olunub. M.Vəliyeva qeyd edib ki, təqdim olunan mühazirələr Təhsil Nazirliyinin İşçi qrupu tərəfindən təhlil edilib və onlardan 155-i ölkə mərhələsində oxunması üçün proqrama daxil edilib.

Mühazirələrin keçirilməsində əsas məqsəd ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübə nümunələrini təbliğ etmək və perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaqdan ibarətdir.

Pedaqoji mühazirələr istedadlı uşaqlarla işin təşkili, məktəbəhazırlıq təhsilin inkişafı, ibtidai təhsilin keyfiyyətinin yüksəldilməsi, tərbiyə işlərinin təkmilləşdirilməsi və digər bölmələr də daxil olmaqla ümumilikdə 18 bölmədən ibarətdir.

Qeyd edək ki, pedaqoji mühazirələrin ilk mərhələsi cari ilin mart-aprel aylarında rayon və şəhərlərdə keçirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.