İDMAN


Premyer Liqa: “Mançester Siti” klubu “Tottenhem”i məğlub edib

Bakı, 20 aprel, AZƏRTAC

Aprelin 20-də İngiltərə Premyer Liqasının 35-ci turunun mərkəzi qarşılaşmasında “Mançester Siti” klubu doğma meydanda “Tottenhem” komandasını qəbul edib.

AZƏRTAC xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən oyunda “şəhərlilər” minimal hesabla qalib gəliblər. Oyunda yeganə qolu matçın üçüncü dəqiqəsində Filip Foden vurub – 1:0. O, Serxio Aqüeronun hava ötürməsini dəqiq baş zərbəsi ilə tamamlayıb.

Bu qələbə sayəsində “Mançester Siti” xalların sayını 86-ya çatdıraraq turnir cədvəlində “Liverpul”u bir xal geridə qoyaraq yenidən liderliyi ələ keçirib. “Tottenhem” isə 67 xalla üçüncü pillədə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.