DÜNYA


Qazaxıstan vilayətlərində mərkəzi küçələrə Nursultan Nazarbayevin adı verilib

Nursultan, 20 mart, AZƏRTAC

Qazaxıstan vilayətlərinin bəzi şəhərlərinin mərkəzi küçələri artıq Nursultan Nazarbayevin şərəfinə onun adını daşıyacaq.

AZƏRTAC xəbər verir ki, bu gün yeni prezident Nursultan Nazarbayevin adının əbədiləşdirilməsi üçün vilayət küçələrinin adının dəyişdirilməsini təklif etmişdi. Təklifə əsasən Çimkəntin əsas prospekti olan Astananın Qazaxıstanın birinci prezidentinin şərəfinə adı dəyişdiriləcək.

Həmçinin Uralsk şəhərində məslihatanın (palata) növbədənkənar sessiyasında Dostluq prospektinin adının Nursultan Nazarbayevin adı ilə əvəz olunması qərara alınıb.

Öskemen şəhər məslihatı da Müstəqillik prospektinə Nursultan Nazarbayev adının verilməsinə yekdilliklə səs verib.

Qeyd edək ki, artıq Aktauda, Atırauda, Qarakanda, Petropavlovsk və Taraz şəhərlərində prospektlərə Nazarbayev adı verilib.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nursultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.