REGİONLAR


Qəbələdə Respublika Gününə həsr olunan bilik yarışının qalibləri mükafatlandırılıb

Qəbələ, 25 may, Mustafa Dadaşov, AZƏRTAC

28 May – Respublika Günü münasibətilə Qəbələdə məktəb komandaları arasında keçirilən bilik yarışı şəhər 2 nömrəli tam orta məktəbin komandasının qələbəsi ilə başa çatıb. Qəbələ şəhər 1 və 3 nömrəli tam orta məktəblərin komandaları müvafiq olaraq II və III yerləri tutublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon gənclər və idman idarəsinin və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən bilik yarışının əsas məqsədi yetişməkdə olan gənc nəsli dövlətçilik, Azərbaycan tarixinə, dövlət rəmzlərinə hörmət ruhunda tərbiyə etmək, eyni zamanda, şagirdlərin intellektual səviyyəsini yüksəltmək, bilik və bacarıqlarını artırmaqdır.

Qəbələ şəhərindəki tam orta məktəblərin IX-XI sinif şagirdlərinin iştirak etdikləri bilik yarışı Azərbaycan dili-ədəbiyyat, tarix, riyaziyyat-həndəsə, coğrafiya, fizika, biologiya və kimya fənləri üzrə keçirilib.

Bilik yarışının qalibləri kubok və diplomlarla mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.