MƏDƏNİYYƏT


Qobustan qoruğunda “açıq qapı” günü təşkil olunub

Bakı, 20 aprel, AZƏRTAC

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar olaraq Qobustan Milli Tarix - Bədii Qoruğunda “açıq qapı” günü keçirilib. “Açıq qapı” günü çərçivəsində Mədəniyyət Nazirliyi, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Memarlar İttifaqının birgə dəstəyi ilə qoruqda, erməni işğalına məruz qalmış mədəni abidələrimizin fotolarının yer aldığı sərgi də açılıb.

Bu barədə AZƏRTAC-a Qobustan Milli Tarix - Bədii Qoruğunun direktoru Vüqar İsayev məlumat verib.

Direktor deyib ki, sərgidə Qarabağ torpağında erməni vandalizminə məruz qalmış muzeylər, mədəniyyət evləri, məscidlər, qəbirlər, qədim alban memarlığı abidələri, arxeoloji abidələr, xalçalar və digər mədəni irs nümunələrimizlə bağlı stend və videoroliklər nümayiş edilib, yerli və xarici ölkə vətəndaşları tərəfindən ziyarət olunub. Muzey əməkdaşları Qarabağ münaqişəsi və münaqişə nəticəsində vandalizmə məruz qalmış mədəni irs abidələrimiz, ümumilikdə Qarabağın maddi və mədəni irsi haqqında ziyarətçilərə ətraflı məlumat veriblər.

Qeyd edək ki, Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.