MƏDƏNİYYƏT


“Qoğalın sərgüzəştləri” Lənkəranda...

Bakı, 4 iyun, AZƏRTAC

“Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində keçirilən birinci Beynəlxalq Lənkəran Teatr Festivalı öz işinə başlayıb. Festivalda ölkəmizin 11 sənət ocağı öz tamaşası ilə təmsil olunur. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı festivalda Pərvin Nurəliyevanın eyniadlı pyesi əsasında Əməkdar artist Nicat Kazımovun quruluş verdiyi “Qoğalın sərgüzəştləri” tamaşası ilə iştirak edib.

Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə əsərində əsas rolları Anar Seyfullayev, Ramil Məmmədov, Zülfiyyə Alhüseynova, Müşfiq Əliyev, Tahir İsmayılov, Günel Məmmədova, Asya Atakişiyeva canlandırıb. Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğludur, musiqi tərtibatı İradə Muradovaya aiddir.

Festivalın ikinci günü tamaşaçılara təqdim olunan “Qoğalın sərgüzəştləri” böyük maraqla qarşılanıb. İştirakçılar diplomlarla təltif ediliblər.

Qeyd edək ki, festivalda həmçinin Böyük Britaniyanın “Two Destination Language” Teatrı, Gürcüstanın “Azadlıq” Teatrı, İranın “Muğan Hünər” və “Mika” Teatrları, habelə “Ünvan” Ərdəbil şəhər teatrının kollektivləri iştirak edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.