REGİONLAR


Qubada 48 mənzilli yeni yaşayış binasının tikintisinə başlanılıb VİDEO

Quba, 25 iyun, Elxan Yusifli, AZƏRTAC

Quba şəhərində istismar müddəti başa çatan çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 48 mənzilli yeni yaşayış binasının tikintisinə başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Prezident İlham Əliyevin “Quba şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında” Sərəncamı əsasında inşa olunan bina 4 mərtəbəlidir. İki girişdən ibarət çoxmənzilli binanın ümümi sahəsi 980 kvadratmetrdir.

Tikinti işlərinə apreldən başlanılıb. Hazırda binanın zirzəmisində dəmir konstruksiyaların quruşdırılması və betonlama işləri aparılır. İyuldan binada mişar daşı ilə hörgüyə başlanılacaq. Tikintidə əsasən yerli tikinti materiallardan istifadə olunur. İnşaat işlərində 60-dək rayon sakini işlə təmin olunub.

Baş mühəndis Bəhmən Hüseynov bildirib ki, 48 mənzildən 20-si üç, 16-sı iki, 12-si isə bir otaqlıdır. Mənzillərin hər biri müasir standartlara uyğun istilik və elektrik sistemi ilə təhciz olunacaq və tam təmirli şəkildə əhalinin istifadəsinə veriləcək. Bundan əlavə binanın həyətində müasir qazanxana, avtomobil dayanacağı və sakinlərin istirahəti üçün park yaradılacaq.

Binada mənzillə təmin olunacaq Quba sakinləri Leyla Əzizova və Mətanət Qonaqova AZƏRTAC-ın bölgə müxbirinə müsahibələrində göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Molla Pənah Vaqif küçəsində inşa olunan çoxmənzilli bina gələn il sakinlərin istifadəsinə veriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.