RƏSMİ SƏNƏDLƏR


Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizi və Azərbaycanın bütün vətəndaşlarını tatarıstanlılar adından və şəxsən öz adımdan təbrik edirəm.

Nadir təbii ehtiyatlara, güclü sənaye, iqtisadi və intellektual potensiala malik olan Azərbaycan ilbəil yüksək sosial-iqtisadi inkişaf, insanların rifahının yüksəlməsi göstəricilərini nümayiş etdirir. Bu, xalqın və respublika rəhbərliyinin həmrəy və fəal əməyinin heyranedici nəticəsidir.

Sizə və gözəl ölkənizin bütün vətəndaşlarına Azərbaycan naminə qurucu fəaliyyətinizdə yeni uğurlar, möhkəm cansağlığı, sülh və səadət arzu edirəm. Ümidvaram ki, qardaş xalqlarımızın firavanlığı və Rusiya-Azərbaycan strateji tərəfdaşlığının möhkəmlənməsi naminə Tatarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında səmərəli əməkdaşlıq bundan sonra da davam edəcək.

Dərin hörmət və xoş bayram arzuları ilə,

 

Rüstəm Minnixanov

Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin