İQTİSADİYYAT


Rusiyanın “MTZ Transmash” şirkəti Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Bakı, 11 iyun, AZƏRTAC

Bakı Sərgi Mərkəzində keçirilən “TransCaspian 2019” və “Road & Traffic 2019” sərgilərinin iştirakçılarından biri də Moskvada fəaliyyət göstərən “MTZ Transmash” SC-dir.

AZƏRTAC-a müsahibəsində Səhmdar Cəmiyyətinin kommersiya direktoru Sergey Toporıgin bildirib ki, təmsil etdiyi qurum 1921-ci ildən etibarən müxtəlif növ lokomotiv yük-sərnişin vaqonları, yüksək sürətli qatarlar və metro vaqonlarının istehsalı ilə məşğuldur. Müəssisə tərəfindən istehsal olunan əyləc avadanlıqları xarici ölkələrdə dəmir yolu və metro xətlərində istismar olunur.

“Hazırda Səhmdar Cəmiyyətinin Baltikyanı dövlətlərdə, Qazaxıstan və Afrikanın bir sıra ölkələrində nümayəndəlikləri var. Azərbaycanla da yük və sərnişin qatarlarının istehsalında maraqlıyıq”, - deyə o əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.