CƏMİYYƏT


Seçenov Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Bakı, 20 aprel, AZƏRTAC

Aprelin 20-də İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Birinci MDTU, Seçenov Universiteti) Bakı filialında “Açıq qapı” günü keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Rusiya ali məktəbinin Bakı filialının rektoru, professor Əziz Əliyev, İ.M.Seçenov adına Birinci MDTU-nun təhsil xidmətlərinin ixracı şöbəsinin rəisi Nikita Sokolov, abituriyentlər və onların valideynləri iştirak ediblər.

Qonaqlara filialda tədris prosesi barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, burada tədris İ.M.Seçenov adına Birinci MDTU-nun aparıcı professor və müəllimləri tərəfindən Moskva Universitetinin tədris planları və proqramları əsasında həyata keçirilir. Filialda təhsil müddəti altı ildir. Buranı bitirənlərə verilən diplom, eyni zamanda Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən nostrifikasiya edilir. Filialın klinik bazaları və tələbələrin təcrübə keçdiyi xarici klinikalar haqqında məlumat verilib.

Abituriyentlər və onların valideynləri filiala sənəd qəbulu və qəbul imtahanlarının keçirilməsi qaydaları ilə tanış ediliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.