REGİONLAR


Şəkidə Ulu Öndərin xatirəsinə həsr olunan futzal turnirində 26 komanda mübarizə aparır

Şəki, 22 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Şəki Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə futzal üzrə “Şəki kuboku-2019” turnirinə start verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, YAP Şəki təşkilatı, şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatları təmsil edən 26 komanda mübarizə aparır.

Turnirin açılış mərasimində YAP Şəki təşkilatının sədri Həsən Həsənov və Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov çıxış edərək, ulu öndər Heydər Əliyevin idmanın inkişafına hər zaman böyük önəm verdiyini vurğulayıb, onun əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildiriblər.

Futzal turniri mayın 10-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.