REGİONLAR


Sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyində 40-dan çox idmançı qüvvəsini sınayıb

Naxçıvan, 20 aprel, AZƏRTAC

Naxçıvan şəhərindəki İslam Hümbətov adına Uşaq-gənclər idman məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmə və gənclər (2002-2004-cü illər) arasında sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi olub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 10 çəki dərəcəsi üzrə 40-dan çox idmançı öz qüvvəsini sınayıb.

Yarışın yekununa əsasən, Tuncay Məmmədov (45 kq), Uğur Məmmədov (48 kq), Orxan Hacıyev (51 kq), Hüseyn Əhmədli (55 kq), Heydər Nəcəfov (60 kq), Abbas Nəzərəliyev (65 kq), Heydər Heydərov (71 kq), Rəvan Bayramov (80 kq), Qoca Əhmədov (92 kq) və Nuran Vəliyev (110 kq) bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olublar.

Sonda hər çəki dərəcəsində ilk üç yeri tutan idmançılara təşkilatçıların diplomları təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.