SİYASƏT


Silahlı Qüvvələr Günü münasibətilə bu gün hərbi orkestrlərin çıxışları təşkil olunacaq

Bakı, 25 iyun, AZƏRTAC 

26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə iyunun 25-də saat 18:30-dan 20:30-dək Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin çıxışları olacaq.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, orkestrlər müəyyən edilmiş 6 yerdə - Dənizkənarı Milli Parkın Azadlıq meydanının qarşısında və Azneft meydanı qarşısındakı Dövlət Bayrağının önündəki hissələrində, Fəvvarələr meydanında, Əhmədli qəsəbəsində Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında, Zərifə Əliyeva parkında və Zabitlər parkında çıxış edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.