DÜNYA


Somalidə dəbdəbəli otelə hücum edilib

Bakı, 12 iyul, AZƏRTAC

Somalinin Kismayo şəhərində yerləşən dəbdəbəli otelə hücum edilib.

AZƏRTAC xəbər verir ki, yerli Garowe Online nəşrinin yaydığı məlumata görə, əvvəlcə oteldə partlayış törədilib. Bunun ardınca silahlı hücum başlayıb.

“Moqadişodan təxminən 500 kilometr məsafədə yerləşən Kismayo liman şəhərindəki dəbdəbəli otelə partlayışdan sonra başlayan hücum davam edir”, - nəşrin məlumatında belə deyilir.

Hücumun məsuliyyətini “Əş-Şəbab” qruplaşması üzərinə götürüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.