ELM VƏ TƏHSİL


“SpaceX” şirkəti “Dragon” kosmik yük gəmisini fəzaya buraxıb

Bakı, 4 may, AZƏRTAC

Mayın 4-də ABŞ-ın “SpaceX” şirkəti “Dragon” kosmik yük gəmisini fəzaya buraxıb. Birləşmiş Ştatların Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Milli Agentliyinin (NASA) məlumatına görə kosmik gəmi Beynəlxalq Kosmik Stansiyaya doğru yol alıb.

AZƏRTAC NASA-nın rəsmi saytına istinadla xəbər verir ki, “Falcon” raketdaşıyıcısı ilə kosmosa göndərilən 17-ci kosmik gəmi Agentliyin Florida ştatındakı Kanaveral burnunda yerləşən kosmodromundan fəzaya buraxılıb. Bildirilir ki, buraxılışdan sonra raketdaşıyıcının ilk çoxdəfəli pilləsi Atlantik okeanında enmə əməliyyatını da uğurla yerinə yetirib. İkinci pillənin ayrılmasından dərhal sonra kosmik gəmi müstəqil uçuşa başlayıb, onun kənarlarındakı enerji mənbəyi olan günəş batareyaları olan qanadlar açılıb.

“Dragon”un Beynəlxalq Kosmik Stansiyaya 2,5 ton ərzaq, avadanlıq və ekipaj üzvlərinin apardıqları elmi tədqiqatlar üçün müxtəlif materiallar apardığı bildirilir. Onun stansiya ilə birləşməsi mayın 6-da baş verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.