İDMAN


Stolüstü tennisçilərimiz gənclərin Avropa çempionatında gümüş medal qazanıblar

Bakı, 12 iyul, AZƏRTAC

Çexiyanın Ostrava şəhərində stolüstü tennis üzrə keçirilən gənclərin Avropa çempionatının komanda oyunları başa çatıb.

Azərbaycan Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, ölkəmizi qitə çempionatında təmsil edən oğlanlardan ibarət yığmamız Belçika komandasına qalib gələrək finala yüksəlib. Final oyununda Rusiya yığmasına məğlub olan komandamız ikinci yerlə kifayətlənib.

Çempionat şəxsi oyunlarla davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.