DÜNYA


Türkiyə XİN: Aralıq dənizindəki fəaliyyətimiz beynəlxalq hüquqa əsaslanır

Ankara, 10 iyul, AZƏRTAC

Türkiyənin Aralıq dənizinə yola saldığı “Yavuz” kəşfiyyat-qazma gəmisi təyinat rayonuna çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda, həmçinin Türkiyənin Aralıq dənizindəki fəaliyyətinin beynəlxalq hüquqa əsaslandığı bildirilir.

Qeyd edilir ki, Türkiyənin Aralıq dənizindəki fəaliyyəti Şimalı Kiprin razılığı ilə beynəlxalq hüquqa əsaslanır və BMT-nin müəyyən etdiyi bölgü əsasında ayrılan sahəni əhatə edir. “Yavuz” gəmisi Şimali Kiprin Karpaz yarımadasının cənubundakı sahələrdə karbohidrogen ehtiyatlar üzrə kəşfiyyat-qazma işləri aparacaq.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.