DÜNYA


Türkiyədə ərazi münaqişəsi 6 nəfərin ölümü ilə nəticələnib

Ankara, 15 iyun, AZƏRTAC

Türkiyənin Şanlıurfa vilayətinin Siverek rayonunda ərazi anlaşmazlığı səbəbindən Çeltik məhəlləsində iki ailə arasında qan tökülməsi ilə nəticələnən silahlı qarşıdurma baş verib.

AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, münaqişə nəticəsində 4 nəfər ölüb, 5 nəfər yaralanıb. Daha iki nəfər yaralı xəstəxanaya aparılarkən baş verən avtomobil qəzasında həyatını itirib. Bildirilir ki, münaqişə edənlər İzol tayfasına məxsusdurlar.

Münaqişənin daha da böyüməməsi üçün bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib. Hadisə ilə bağlı araşdırma aparılır.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.