İDMAN


UEFA-nın prezidenti Avroliqanın final oyununun Bakıda keçirilməsi qərarını müdafiə edib

Bakı, 24 may, AZƏRTAC

UEFA-nın prezidenti Aleksander Çeferin Almaniyanın “Der Spiegel” jurnalına müsahibəsində Avroliqanın final oyununun Bakıda keçirilməsi qərarını müdafiə edib.

AZƏRTAC xəbər verir ki, Çeferin final oyunu fonunda Azərbaycanda insan haqlarının vəziyyəti haqqında deyilənlərə münasibət bildirərkən qeyd edib ki, bu, digər Avropa ölkələrinə də aiddir.

UEFA prezidenti Mxitaryanın “təhlükəsizlik” məsələsinə görə Bakıya gəlməməsindən də danışıb. O bildirib ki, Mxitaryanın fikirləri Fransada “Avro-2016”nın keçirildiyi zaman dedikləri ilə paralellik təşkil edir. “Terror hücumlarının hədəfində olan Fransada Avropa çempionatını təşkil etməyi bacardıq. Futbol bu cür gərginliklərə görə dayandırılsa gələcəkdə heç nə təşkil edə bilməyəcəyik”, - deyə UEFA prezidenti qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.