SİYASƏT


Ukrayna Azərbaycanlıları Radasının mərkəzi binasının açılışı olub

Kiyev, 27 may, AZƏRTAC

Bu gün Ukrayna Azərbaycanlıları Radasının mərkəzi binasının açılış mərasimi olub.

Tədbirdə çıxış edən Radanın həmsədrləri - Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev və Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov bildiriblər ki, binada yaradılan şərait diaspor təşkilatlarının koordinasiyalı fəaliyyətinə təkan verəcək. Ukrayna Azərbaycanlıları Radasının məqsədi güclü diaspor fəaliyyətini həyata keçirmək, ölkəmizin milli maraqlarını dünyada təbliğ etmək və qorumaqdır.

Diasporla İş üzrə Dövlət Komitəsinin birinci ərazi bölməsinin müdiri Ruslan Quliyev deyib ki, bütün soydaşlarımız Azərbaycanın güclənməsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün öz potensiallarını səfərbər etməlidirlər. Artıq Ukraynada bütün soydaşlarımız vahid diaspor təşkilatı ətrafında birləşiblər və bu da öz müsbət nəticəsini göstərəcək.

Ukrayna Ali Radasının deputatı Sergey Melniçuk isə çıxışında Ukraynanın ictimai həyatında soydaşlarımızın rolundan danışıb. Qeyd edib ki, azərbaycanlılar Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirlər.

Sonra tədbirdə iştirak edən diaspor fəalları, iş adamları, gənclər, Ali Radanın deputatları, yerli KİV-lər mərkəzi binada yaradılan şəraitlə tanış olublar.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.