DÜNYA


Ukraynada indiyədək 362 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

Kiyev, 15 iyun, AZƏRTAC

Ukrayna Mərkəzi Seçki Komissiyası şənbə günü keçirilən iclasında 98 nəfərin növbədənkənar parlament seçkilərində iştirakı üçün namizədliyini qeydə alıb. Onlardan 22-nin namizədliyi partiya siyahısı ilə təqdim olunub.

AZƏRTAC xəbər verir ki, MSK indiyədək 44-ü partiya siyahısında olmaqla, ümumilikdə 362 nəfərin deputatlığa namizədliyini qeydə alıb.

Xatırladaq ki, Ukraynada növbədənkənar parlament seçkiləri iyulun 21-nə təyin olunub. Seçkilərdə ATƏT-in 850-yə yaxın müşahidəçisinin iştirak edəcəyi gözlənilir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.