CƏMİYYƏT


Umayra Tağıyeva: havanın temperaturu enəcək, yağış yağacaq

Bakı, 11 iyul, AZƏRTAC 

Sevindiricidir ki, iyulun birinci ongünlüyündə havanın orta temperaturu bu ayın normasını cəmi 0,7 dərəcə üstələyib.

Yaxın istirahət günlərində hava şəraiti bu ay üçün nisbətən sərin keçəcək. Çünki iyulun 12-də axşama doğru ölkə ərazisində şimal-qərb, şimal küləyinin güclənəcəyi gözlənilir. İyulun 13-14-də güclü külək əsəcəyi, maksimal sürətinin saniyədə 23-28 metrə çatacağı proqnozlaşdırılır. Buna görə də dənizdə istirahət zamanı diqqətli olun.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva məlumat verib.

Departamentin direktoru bildirib ki, havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° enərək 28-32°-dən yüksək olmayacaq. Bu da regionda yay üçün nisbətən komfort temperatur göstəriciləri sayıla bilər.

Respublikanın rayonlarında, xüsusən də dağlıq və dağətəyi ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Dağ çaylarında sululuğun artacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.