İDMAN


Uşu üzrə Bakı kuboku yarışları başlayıb

Bakı, 16 iyun, AZƏRTAC

İyunun 16-da Abşeron Olimpiya İdman Kompleksində uşunun citkundo və çinda növləri üzrə Bakı kuboku yarışlarına start verilib.

AZƏRTAC xəbər verir ki, yarış yeniyetmələr, gənclər və kişilər arasında keçirilir. Çempionatda Bakının idman klublarından 200 idmançı qızıl medal uğrunda mübarizə aparır.

Qeyd edək ki, yarış Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Uşu Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.