CƏMİYYƏT


Vəkillər Kollegiyası “Bu gün də təbiəti müdafiə edək” adlı ekoloji aksiya keçirib

Bakı, 20 aprel, AZƏRTAC 

Azərbaycan vəkilliyinin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində aprelin 20-də Vəkillər Kollegiyasının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə ətraf mühitin tullantılardan təmizlənməsi aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, “Bu gün də təbiəti müdafiə edək” şüarı altında Zağulba çimərliyində keçirilən aksiyada ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Rəyasət Heyətinin, Vəkillərin İntizam və İxtisas komissiyalarının üzvləri ilə yanaşı, Kollegiyanın 100-dən artıq üzvü, vəkil köməkçisi, vəkilliyə namizəd iştirak edib.

Aksiyada Zağulba çimərliyinin ətrafı bərk məişət və digər növ tullantılardan təmizlənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.