CƏMİYYƏT


Vəkillər Kollegiyasının rəhbərliyi beynəlxalq konfransda iştirak edib

Bakı, 25 iyun, AZƏRTAC 

Rusiyanın Kalininqrad şəhərində “Baltikyanı əməkdaşlıq təşəbbüsü” çərçivəsində vəkillik fəaliyyətinin VII beynəlxalq praktiki konfransı keçirilib.

Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, “Vəkillik peşəsinin müasir çağırışları və onların həlli yolları” mövzusuna həsr olunmuş konfransda ölkəmizi kollegiyanın sədri Anar Bağırov, sədr müavini Aydın Axundov, Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev, Vəkillərin İntizam Komissiyasının sədri Şahmar Məmmədov, Xırdalan şəhər Vəkil Bürosunun rəhbəri Ayxan Rüstəmzadə təmsil ediblər.

Konfransda Rusiya Vəkillərinin Federal Palatasının prezidenti Yuri Pilipenko açılış nitqi ilə çıxış edib. Sonra Rusiyanın müxtəlif regionlarının vəkillər palatalarının, o cümlədən bir çox ölkələrin vəkillər kollegiyalarının sədrlərinin mövzu ilə bağlı çıxışları dinlənilib, tədbir iştirakçılarını maraqlandıran məsələlərlə bağlı müzakirələr və fikir mübadiləsi aparılıb.

Tədbirdə Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxış edərək Azərbaycanda vəkillik institutunun inkişafı və nüfuzunun yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, ölkədə vəkillərin sayının artırılması üçün görülən işlər, o cümlədən Vəkillər Kollegiyasının maliyyə müstəqilliyi ilə bağlı konfrans iştirakçılarına ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.