RƏSMİ SƏNƏDLƏR


“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 19; 2001, № 12, maddə 736; 2004, № 2, maddə 57, № 3, maddə 133, № 8, maddə 599, № 10, maddə 787; 2005, № 8, maddə 686; 2006, № 12, maddə 1005; 2007, № 4, maddə 322; 2009, № 7, maddə 517, № 11, maddə 878; 2010, № 5, maddə 375; 2011, № 2, maddə 71, № 6, maddə 478; 2013, № 11, maddə 1272; 2017, № 11, maddə 1977; 2018, № 2, maddə 148, № 11, maddə 2194; Azərbaycan Respublikasının 2018-ci il 27 noyabr tarixli 1343-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 11-ci maddənin III hissəsinin altıncı abzasına “dövriliyini” sözündən sonra “(ildə bir dəfədən az olmayaraq)” sözləri əlavə edilsin.

2. 13-cü maddənin VIII hissəsi aşağıdakı redaksiyada verilsin:

“VIII. İxtisas imtahanının şifahi müsahibə mərhələsini müvəffəqiyyətlə keçə bilməyən şəxs həmin müsahibədən sonra bir il ərzində keçirilən ixtisas imtahanlarında iştirak edə bilməz.”.

3. 24-cü maddənin I hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Vəkillik fəaliyyətinin bu Qanunla müəyyən edilmiş hallarda dayandırıldığı dövrdə üzvlük haqqı ödənilmir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 mart 2019-cu il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri