İDMAN


XXX Ümumdünya Yay Universiadasında bədii gimnastımız gümüş medal qazanıb

Bakı, 12 iyul, AZƏRTAC

İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasında bədii gimnastımız Zöhrə Ağamirova gümüş medal qazanıb.

AZƏRTAC xəbər verir ki, gimnastımız ilk olaraq, çoxnövçülük yarışlarında mübarizə apararaq, bütün alətlərdə öz proqramını icra edib. Çıxışlarının ümumi nəticəsinə əsasən, Zöhrə 75,425 xal toplayıb və bununla da 32 idmançı arasında ikinci yerdə qərarlaşıb.

Gimnastımız, həmçinin mümkün 4 finalın hər birində növbəti finala vəsiqəni təmin edib.

Rusiyalı gimnast Yekaterina Seleznyova 83,600 xalla qızıl, ABŞ təmsilçisi Laura Yihan Zenq 72,600 xalla bürünc medala layiq görülüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.