İDMAN


XXX Ümumdünya Yay Universiadasının qalibi Nazim Babayev gənclər arasında Avropa çempionatında iştirak edəcək

Bakı, 12 iyul, AZƏRTAC

XXX Ümumdünya Yay Universiadasının üç təkanla tullanma yarışında qızıl medal qazanan Nazim Babayev İsveçin Qalve şəhərində keçiriləcək 23 yaşadək idmançılar arasında Avropa çempionatına qatılacaq.

Azərbaycan Atletika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarışlar iyunun 13-14-də keçiriləcək.

Xatırladaq ki, N.Babayev iyulun 10-da İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiada üç təkanla tullanma yarışının finalında 16,89 metr nəticə ilə Universiadanın qalibi olub. Bununla da o, universiadalarda ikinci çempionluğunu rəsmiləşdirib. N.Babayev birinci dəfə Çinin Taypey şəhərində keçirilən XXIX Ümumdünya Yay Universiadasında qızıl medal qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.