CƏMİYYƏT


Xəstə üzərində uğurlu beyin-damar əməliyyatı aparılıb

Bakı, 19 mart, AZƏRTAC

Respublika Müalicəvi Diaqnostika Mərkəzinə başgicəllənmə, göz qaralması, sol qolda keyləşmə və sol qol təzyiqinin çox zəif olması şikayətləri ilə müraciət edən xəstənin müayinəsi zamanı sol qol və beyinciyi qidalandıran arteriyada darlaşma, xəstənin beyincik arteriyasının tərs axın və onun yaratdığı digər problemlər də aşkar edilib. Bunun nəticəsində beyin qan dövranının pozulması ilə artan şikayətlər meydana çıxıb.

Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, diaqnostik və invaziv cərrah, professor Ahmet Memişin apardığı endovaskulyar əməliyyat xəstənin narahatlığına son qoyub, qola və beyinciyə gedən qan axını bərpa olunub.

Hər iki qol təzyiqi bərabərləşəndən sonra xəstə əməliyyatın səhəri günü sağlam vəziyyətdə evə yola salınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.