ELM VƏ TƏHSİL


Xəzər Universitetində Azərbaycan VI Beynəlxalq psixologiya konfransı işə başlayıb

Bakı, 20 aprel, AZƏRTAC

Aprelin 20-də Xəzər Universitetində bu ali məktəbin Psixologiya departamenti və Xəzər Psixoloji Xidmət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan VI Beynəlxalq psixologiya konfransı işə başlayıb.

Konfransda Türkiyə və Azərbaycanın müxtəlif təhsil və elm mərkəzlərinin alimləri və mütəxəssisləri iştirak edirlər.

Xəzər Universitetindən AZƏRTAC-a bildirilib ki, universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı ənənəvi olaraq hər il keçirilən konfransın əhəmiyyətindən danışıb və mütəxəssislər arasında təcrübə mübadiləsinin aparılmasının hər iki tərəf üçün faydalı olduğunu diqqətə çatdırıb.

Universitetin rektoru, dosent İradə Xəlilova mövzu ilə bağlı fikirlərini bölüşüb və konfransın işinə uğurlar arzulayıb.

Aprelin 21-dək davam edəcək konfransda mövzu ilə bağlı məruzələr dinlənilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.