İDMAN


Yaponiya Olimpiya Komitəsinin prezidenti iyunda vəzifəsini tərk edəcəyini elan edib

Tokio, 20 mart, AZƏRTAC 

Yaponiya Olimpiya Komitəsinin prezidenti iyunda vəzifəsini tərk etmək niyyətində olduğunu elan edib.

AZƏRTAC xəbər verir ki, martın 19-da Tsunekazu Takeda iyunda səlahiyyət müddəti başa çatdıqdan sonra vəzifəsini tərk edəcəyini bildirib. O, bu barədə bəyanatla 2020-ci ildə keçiriləcək Olimpiya Oyunları üçün Tokionun seçilməsi barədə fransız müstəntiqlərin apardıqları təhqiqat fonunda qərar qəbul edib. Fransanın hakimiyyət orqanları T.Takedanı 2013-cü ildə bir Sinqapur şirkətinə 2 milyon dollara yaxın pul köçürülməsində iştirakda şübhəli bilir.

Qeyd edilir ki, həmin şirkət Oyunların mərkəzi kimi Tokionun seçilməsində şübhəli bilinən Beynəlxalq Olimpiya Komitəsinin sabiq üzvünün oğlu ilə əlaqələndirilir.

T.Takeda isə bu halda heç bir qanun pozuntusuna yol verilmədiyində təkid edir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.