DÜNYA


“Yokohama Pacifico” sərgi kompleksində avtomobillər üçün texniki yeniliklər nümayiş etdirilir

Tokio, 23 may, AZƏRTAC

Tokionun yaxınlığında yerləşən Yokohama şəhərində dünyanın müxtəlif yerlərindən gəlmiş avtomobil hissələri istehsalçıları nəqliyyat vasitələri üçün yeni innovasiyaları və texnologiyaları təqdim edirlər.

AZƏRTAC xəbər verir ki, mayın 22-də açılan “Automotive Engineering Exposition” sərgisində 600-dən artıq şirkət iştirak edir.

Fransanın avtonəqliyyat komplektləri istehsal edən “Valeo” şirkətinin təqdim etdiyi təhlükəsizlik sistemi sürücü avtomobildə təsadüfən balaca uşağı və ya ev heyvanını unutduğu zaman işə düşür. Onun fəaliyyətinin əsasında nəfəs alma detektoru dayanır. Yaradıcı firmanın bildirdiyinə görə, belə hal baş verdikdə həmin sistem sürücünün smartfonuna xəbərdarlıq siqnalı göndərir.

Yaponiyanın “Ichikoh Industries” işıqlandırıcı qurğular hazırlayan şirkəti isə pilotsuz nəqliyyat vasitələri üçün işıq diodları təklif edir. Ox işarəsi və ya mətn yaradan bu işıq diodları piyadaları nəqliyyat vasitəsinin növbəti manevri barədə xəbərdar edir.

Sərginin qonaqları burada pilotsuz avtobuslardan da istifadə edə bilərlər.

“Yokohama Pacifico” kompleksində davam edən sərginin mayın 24-də başa çatacağı bildirilir.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.