İQTİSADİYYAT


® “Kapital Bank” “Breyn Rinq”in qalib komandasını mükafatlandırıb

Xəbər verdiyimiz kimi, “Kapital Bank” “Breyn Rinq” televiziya layihəsinin maliyyə tərəfdaşıdır. Bu ilin iyununda yekunlaşan mövsümdə “Bilik Kuboku”nun sahibi və Azərbaycan çempionu “Nar” komandası olub.

“Kapital Bank”ın nümayəndələri tərəfdaş olaraq qalib komanda ilə görüşüb və komandanı təbrik edib. Qalib komandaya 3000 manat pul və korporativ hədiyyələr təqdim edilib.

“Kapital Bank” sosialyönümlü fəaliyyətinə uyğun olaraq, daim intellektual oyunları və təhsil layihələrini dəstəkləyir. Qeyd edək ki, “Kapital Bank”, həmçinin “Nə? Harada? Nə vaxt?” intellektual klubun da rəsmi tərəfdaşıdır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.